BMT Ukrayna ilə bağlı qətnamə qəbul etdi

BMT Baş Assambleyası xüsusi sessiya çərçivəsində Fransa və Meksikanın Ukraynadakı humanitar vəziyyətlə bağlı hazırladığı qətnaməni qəbul edib.

Yenicag.az xəbər verir ki, 140 nümayəndə heyəti sənədin lehinə, 5-i əleyhinə səs verib, 38-i isə bitərəf qalıb.

Sənəd Ukraynadakı hazırkı böhrana görə məsuliyyəti Rusiyanın üzərinə qoyur.

Qeyd edək ki, Baş Assambleyanın qərarları məcburi xarakter daşımır.