BMT qışda Ukraynada 1,3 milyon insana yardım göstərmək üçün 268 milyon dollar toplamaq təşəbbüsü ilə çıxış edib.
Yenicag.az xəbər verir ki, bunu BMT Baş katibinin rəsmisi Stefan Düjarrik deyib.
“Rusiya Ukraynanın infrastrukturuna ciddi ziyan vurub və bu, soyuq mövsümdə milyonlarla insanı həddindən artıq risk altında qoyur. Bu qış BMT cəbhəyanı ərazilərdəki evlərin təcili təmirinə üstünlük verəcək. Köçkünlər üçün mərkəzlərdə təmir işləri aparılacaq, kirayə və ya kommunal xərcləri ödəmələri üçün yardımlar ediləcək. Humanitar təşkilatlar bələdiyyələrin istilik sistemlərinin təmirinə kömək edəcəklər”, – Dyujarrik bildirib.