!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“BMT yalançılar evidir” - Netanyahu

!Reklam – Yazi

İsrailin baş naziri Benyamin Netanyahu BMT-nin İsraillə bağlı siyasətini kəskin tənqid edib.

Yenicag.az xəbər verir ki, o, BMT-ni yalançılar evi adlandırıb.

Netanyahunun sözlərinə görə, BMT tanısa da, tanımasa da, Qüds İsrailin paytaxtıdır: “ABŞ-ın Yerusəlimi bizim paytaxtımız kimi tanıması üçün 70 il lazım oldu, indi də BMT-nin eyni qərar verməsi üçün bir neçə il lazımdır”.

Bu gün BMT-nin Baş Assambleyasının təcili iclasında ABŞ-ın Qüdsü İsrailin paytaxtı qismində tanınması ilə bağlı qərarı müzakirə ediləcək. ABŞ-ın qərarına dair səsvermə keçiriləcək. Qərarı pisləyən qətnamənin qəbulu gözlənilir. İclas İslam Əməkdaşlıq Təşkilatı adından çıxış edən Türkiyə və Yəmənin təşəbbüsü ilə çağırılıb.

www.yenicag.az

1991
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv