“BMW” 300-dən çox avtomobili geri çağırdı – SƏBƏB

“BMW” şirkəti Rusiyada 300-dən çox avtomobili geri çağırıb.

Yenicag.az xəbər verir ki, qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.

Bildirilir ki, bu qüsurla bağlı təhlükəsizlik yastığı tam açılmaya bilər.

Qeyd edək ki, 2019-cu il aprel-may aylarında Rusiyada satılmış X7 modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək./Trend/

COP29