BMW bu modellərini geri çağırır

BMW şirkəti BMV M550i xDrive və BMV 750i xDrive markalı 684 avtomobilini geri çağırıb.

YEnicag.az xəbər verir ki, proqram təminatında ehtimal olunan mümkün problemlərin həll edilməməsi sonradan daxili yanma mühərrikinin çalışmasına zərər vura bilər. Məhz bu səbəbdən də geri çağırılan avtombilləri idarə edən sürücülərin vaxt itirmədən yaxınlıqdakı diler mərkəzlərinə müraciət etməsi məsləhət görülüb.