“BMW” körpüdən aşdı: Sürücü maşına sıxışıb qaldı

Şəki şəhərinin İnçə kəndində “BMW” markalı minik avtomobili körpüdən aşaraq çaya düşüb.

Yenicag.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.