BMW-nin zavodunda güclü yanğın – FOTOLAR

Almaniyanın Bavariya federal torpağının Landsxut şəhərində BMW avtokonserninə məxsus zavodda yanğın baş verib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, zavodun müəssisələrindən birində maqnezium tərkibli məhsullar yanıb.

Hazırda yanğın baş vermiş ərazidə havanı qatı tüstü bürüyüb. Yerli icra orqanları insanları qapı və pəncərələrini bağlamağa çağırıb.

Yanğın səbəbindən dəmir yolunun Vert-an-der-İzar və Landsxut yaşayış məntəqələri arasından keçən hissəsində qatarların hərəkəti dayandırılıb.