BNA avtobusların gecikmə səbəbini açıqlayıb

Səhər saatlarından başlayaraq paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

M.Ağayevin sözlərinə görə, sıxlıq səbəbindən bəzi marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb.

“Səhər saatlarında başlayaraq Tbilisi, Qara Qarayev, Xətai prospektlərində, eyni zamanda Afiyəddin Cəlilov, Koroğlu Rəhimov, Həsən bəy Zərdabi və digər mərkəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir”, – deyə mətbuat katibi əlavə edib. (APA)