BNA-dan sürücülərə müraciət

Yüksək gəlginlik elektirik xəttində təmir işlərinin aparılması ilə əlaqədar olaraq hazırda Nobel prospekti “ASAN Xidmət”in yaxınlığında yerləşən işıqfor işləmir.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumatda sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.