Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

BNA-dan taksi qiymətləri ilə bağlı açıqlama

Bakıda fəaliyyət göstərən taksilərdə vahid qiymət müəyyən edilməlidir.

Yenicag.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Hüquq şöbəsinin müdiri Hikmət Babayev deyib.

Onun sözlərinə görə, yeni konsepiyaya əsasən, taksilərdə pərakəndə qiymətin olmaması müzakirə edilir: “Bakı Nəqliyyat Agentliyi taksi fəaliyyəti ilə məşğul olmaq niyyətində deyil. Qurum yalnız taksilərin fəaliyyətinə nəzarət edəcək. Taksilərdə kilometrə görə qiyməti aidiyyəti dövlət qurumu həyata keçirməlidir. Həmin qurumlar kilometrə görə qiymət müəyyən edəcək və bütün taksilər eyni qiymətlə fəaliyyət göstərəcək. Bəzi xarici şirkətlər Bakıda qeydiyyatdan keçmədən taksi fəaliyyəti ilə məşğul olur və digər taksilərdən ucuz qiymət tətbiq edir. Bu da digər taksi şirkətlərinin işinə mane törədir. Bu, əslində rəqabət deyil, digər sahibkarın hüququnu pozmaqdır. Bütün bu məsələlər tənzimlənməli və vahid qiymət müəyyən edilməlidir. Əgər belə olarsa, taksi şirkətləri də normal fəaliyyət göstərə biləcəklər”./Trend/

Loading...

www.yenicag.az

433
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100