!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BNA kimə və ya nəyə lazımdır? - Nəqliyyat ekspertindən SƏRT ETİRAZ

!Reklam – Yazi

“BNA kimə və ya nəyə lazımdır? Bakı Nəqliyyat Agentliyi ona görə yaradıldı ki, ictimai nəqliyyatı inkişaf etdirsin, taksi fəaliyyətini təkmilləşdirsin, parkinqi idarə etsin”.

Yenicag.az xəbər verir ki, bunu nəqliyyat eksperti Elməddin Muradlı son vaxtlar paytaxt yollarında yaşanan problemlərlə bağlı fikirlərini bölüşərkən deyib.

O, problemlərin baş alıb getdiyini, ictimai nəqliyyatın bərbad durumda olduğunu bildirib:

“İctimai nəqliyyat bərbad gündədir. Hər gün daha da geri gedir. Taksidə xaos hökm sürür. Biabır vəziyyət yaranıb. Parklanma məsələsi lap biabırçılıqdır. BNA heç nə edə bilmədi. Kamera ilə qanunsuz protokollar yazmaqdan başqa bir iş görmədi. O zaman sual yaranır; BNA kimə və ya nəyə lazımdır? Haqq üçün deyim ki, BNA-nın hərəkətin təşkili ilə bağlı gördüyü xeyli işlər var. Bunları danmaq olmaz. Qalan 3 vacib məsələdə isə heç bir uğur qazana bilmədi. Əksinə, vəziyyət daha da pisləşdi…”

Cəvahir

www.yenicag.az

440
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv