!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BNA rəhbərliyi “tamah dişi”nin ağrısını necə kəsir? - Yığılan milyonlar, küçələrdəki xaos...

!Reklam – Yazi

Hazırda fəaliyyətindən ciddi narazılıq edilən strukturlar siyahısında “liderliyi” Bakı Nəqliyyat Agentliyi (BNA) tutur desək, yanılmarıq. Yaradılma səbəbi əslində paytaxtın nəqliyyat xaosuna son vermək olan bu qurum gözləntiləri nəinki doğrultmadı, əksinə indi bu sektordakı vəziyyətin daha bərbad olduğunu düşünənlərin sayı artmaqdadır.

Belə ki, Nəqliyyat Nazirliyi müstəqil qurum kimi ləğv olunub Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildikdən sonra hər kəsdə nəhayət nəqliyat sektorunda irəliləyişlərin olacağına dair ümüdlər yaranmışdı. Amma…

Amması ondan ibarətdir ki, 2016-cı ildən fəaliyyətə başlayan Bakı Nəqliyyat Agentliyi müsbət mənada heç nəylə yadda qalmadı. Bu gün ictimai nəqliyyatdan istifadə edən hər kəs bu qurumun fəaliyyətindən narazıdır. Məsələn, hərəkətin pik saatlarında paytaxt dayanacaqlarında əsl izdiham yaranır, marşrut xətlərində aparılmış dəyişiklik və islahatlar isə hələ ki, öz nəticələrini vermir.

Amma maraqlı nüans ondan ibarətdir ki, BNA nəqliyyat sistemindəki problemləri həll edə bilmədiyi halda tez-tələsik avtomobillərin parklanması məsələsini “tənzimləmək” qərarına gəldi. Paytaxt küçələrinə quraşdırdıqları nəzarət kameraları ilə minik avtomobillərinə dayanma-durmaya görə 20 AZN məbləğində cərimə yazırlar. Qurumun rəhbəri Vüsal Kərimli hesabat konfransında çıxışı zamanı agentliyin 2 ayda 53 min protokol yazdığını açıqlayıb. Yəni, qurum 2 ay ərzində 1 milyon manatdan çox cərimə yazıb. Amma məsələ heç bu da deyil.

Məsələ odur ki, sürücülərin ucdantutma cərimələnməsi (bəzi hallarda isə haqsız olaraq – sfera.az) BNA mövcud problemi həll edirmi? Yaxud həll edə biləcəkmi? Mövcud reallıq optimist düşünməyə əsas vermir. Çünki hələ də paytaxt küçələrində tıxacdır. Günün pik saatlarında vəziyyət daha da acınacaqlı olur. Cərimələrin tətbiqi isə davamlı olacaq. Nəzərə alsaq ki, BNA-nın nizamnaməsində göstərilir ki, yığılan dövlət büdcəsinə ödənməsi kimi bir məcburiyyəti yoxdur, o zaman mənzərəylə bağlı yarımçıqlıq tamamlanmış olur. BNA rəhbərliyi bu yolla “tamah dişinin” ağrısını kəsməyə çalışır.

Məlumat üçün bidirək ki, bu heç də yeni ssenari deyil. Əksinə sabiq nəqliyyat naziri Ziya Məmmədovun açdığı cığırla irəliləmək eşqidir. Bir zamanlar keçmiş nəqliyyat naziri Ziya Məmmədov da taksilərə nəzarəti ələ keçirmək üçün oxşar və mümkün bütün metodlardan istifadə edirdi. İndi BNA və BNA rəhbərliyi də zamanında Məmmədovun üsulundan yararlanır. Nəinki parklanmaya, hətta sərnişinləri düşürmək və götürmək üçün də taksilərə cərimələrin yazılması nümunəvi xidmət deyil, nəzarət imkanlarına sahiblənməkdir. Maraqlı olan isə həm də budur ki, tutaq ki, avtomobil hərəkətdə olarkən nasazlığın yaranması səbəbindən maşın yolun kənarına çəkilirsə, həmin avtomobilin sürücüsünə də cərimə yazılır ki, bunu heç bir məntiqlə izah etmək olmaz. Bunun yalnız bir adı var: özbaşınalıq…

www.yenicag.az

5617
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv