Bodrumda meşədə yanğın başladı

Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda meşə yanğını başlayıb. 

 

Yenicag.az xəbər verir ki, yanğınsöndürmə xidmətinin qurudan və havadan müdaxiləsi nəticəsində yanğın nəzarətə alınıb.

Yanğın başlayandan sonra bölgəyə 7 təyyarə, 6 helikopter, həmçinin 20-dən çox xüsusi texnika cəlb edilib.

Yanğının baş vermə səbəbi hələ ki, məlum deyil.