!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“…, boğazında əl izləri var idi” – Dəhşətli cinayətin təfərrüatları-Video

!Reklam – Yazi

13384768_1744362349180540_918070516_nrf“Qışqırdım, nə atamdan səs çıxdı, nə də anamdan”

Gədəbəy rayonunun Söyüdlü kəndində yaşlı ər-arvad yaşadıqları evdə qətlə yetirilib. Qadının səsinə gələn qonşular, kənd sakinləri 74 yaşlı Səyyad Ələsgərov və həyat yoldaşı 88 yaşlı Bəsti Alıyevanın yaşadıqları evdə qətlə yetirildiyini müəyyən ediblər.

Hadisə barədə dərhal yerli hüquq-mühafizə orqanları məlumatlandırılıb. Gədəbəy rayon prokurorluğundan verilən məlumata görə, meyitlər müayinə olunmaq üçün ekspertizaya təqdim olunub və hər iki şəxsin üzərində zorakılıq əlamətləri aşkar edilib.

Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi məlum olmasa da, hüquq-mühafizə orqanları müxtəlif ehtimallar üzrə araşdırmaları davam etdirir.

Gədəbəy rayon prokurorunun köməkçisi Anar Nağıyev bildirib ki, faktla bağlı cinayət işi başladılıb, istintaq davam etdirilir: “Səhər saat 09:00 radələrində Gədəbəy rayonu, Söyüdlü kənd sakinləri – 1942-ci il təvəllüdlü Ələsgərov Səyyad Məmməd oğlu və onun həyat yoldaşı 1928-ci il təvəllüdlü Alıyeva Bəsti İbrahim qızının yaşadıqları evin birinci mərtəbəsində olan yataq otağında üzərlərində zorakılıq əlamətləri olan meyitləri aşkar olunub. Faktla bağlı Gədəbəy rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə cinayət işi başlanılıb. Hazırda əməliyyat istintaq tədbirləri davam etdirilir”.

Mərhumların övladları valideynlərinin tamah məqsədi ilə qətlə yetirilmədiyini deyirlər. Belə ki, hadisə yerindən heç nə aparılmayıb.

“İçəri keçəndə gördüm ki, atam yatılı vəziyyətdə idi. Nə qədər çağırdım, qışqırdım oyanmadı. Sonra anama yaxınlaşdım. Gördüm anamdan səs çıxmadı. Bir yerdə bir dənə dağıntı yoxdur. Atam burada yatıb, anam isə digər tərəfdə. Stolun üstündə bir fəsəli olub, o da orada qalıb. Heç nə tərpənməyib”, -deyə qətlə yetirilən şəxslərin qızı Rəna Kərimova bildirib.

Mərhumların digər qızı Mehbarə Əsgərova isə valideynlərinin boynunda əl izlərini gördüyünü deyib: “Gördüm ki, atam bir tərəfdə ölüb, anam bir tərəfdə. Atamın və anamın boğazında əl izləri var idi. Anamın saçı dağınıq vəziyyətdə idi”.(region tv)

 

www.yenicag.az

770
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv