Samur-Abşeron su kanalında boğulan hərbçinin cəsədi sudan çıxarılıb.
Yenicag.az xəbər verir ki, Xaçmaz rayonunun Köhnə Xudat kənd sakini, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elvin Eyvazovun cəsədi Samur-Abşeron su kanalından tapılaraq çıxarılıb.
Hərbçinin cəsədi müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə gətirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir./Apa/