Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Böhran “Baku Electronics”i də vurdu: iki mağaza bağlanır

timthumb“Baku Electronics” şirkətinin Bakı şəhəri ərazisində fəaliyyət göstərən iki məişət texnikası satışı mağazasının bağlanması planlaşdırılır.

Bu barədə “Report”a mağazalar şəbəkəsinin əməkdaşları məlumar veriblər.
Məlumata görə, bu, “Baku Electronics”in Şüvəlan qəsəbəsi və “Metropark” ticarət mərkəzində yerləşən mağazalarıdır. Buna səbəb kimi isə şəbəkənin ticarət dövriyyəsinin xeyli zəifləməsi amili göstərilir.

“Baku Electronics”in marketinq şöbəsinin müdiri Şirəli Ələkbərov isə məlumatın həqiqətə uyğun olmadığını bildirib.

Qeyd edək ki, “Baku Electronics” 1994-cü ildə Bakıda 1 mağaza ilə fəaliyyətə başlayıb. Hazırda şirkətin Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Quba, İsmayıllı, Mingəçevir, Yevlax, Zaqatala və Göyçayda yerləşən 18 mağazası ilə yanaşı Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad, Şəki, Qusar, Biləsuvar, Masallı, Şirvan, Sabirabad, İmişli, Ağcabədi, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Mingəçevir, Goranboy, Tovuz, Balakən, Zaqatala rayonlarında rəsmi nümayəndəlikləri də mövcuddur.

www.yenicag.az

230