!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böhran qapıda: Avropa ölkələri qənaət rejimi tətbiq etməyə başladı

!Reklam – Yazi

Avropa ölkələri enerji böhranına qarşı qənaət rejimini sərtləşdirir.

Yenicag.az “Sözcü”yə istinadən bildirir ki, Ukraynadakı müharibə qlobal iqtisadi yavaşlamaya, enerji və ərzaq qiymətlərində görünməmiş artıma, yüksək inflyasiyaya səbəb olub. Nəticədə ev təsərrüfatları və şirkətlər üzərində təzyiqlər artıb.

Müharibədən əvvəl enerji baxımından Rusiya qaynaqlarından hədsiz dərəcədə asılı olan Almaniyada enerji və ərzaq qiymətlərinin bahalaşması nflyasiya qarşısında gəlirləri azalan ailələri və artan xərclərlə üzləşən şirkətləri çətin vəziyyətdə qoyub.

Almaniyada hökumət artan enerji qiymətlərinin vətəndaşlara təsirini azaltmaq üçün hər bir vergi ödəyicisi işçisinə 300 avro birdəfəlik ödəniş edib. Həmçinin yanacaq vergiləri müvəqqəti olaraq azaldılıb.

Rusiya-Ukrayna müharibəsi ilə başlayan enerji böhranında Avropa ölkələri yüksək təbii qaz və elektrik xərclərini yüngülləşdirmək üçün vergilərin azaldılması, işıqların müəyyən saatlarda söndürülməsi və qənaət rejimi kimi bir sıra addımlar atmağa qərar verib.

Xüsusilə təbii qaz və elektrik enerjisinin qiymətlərinin tarixi pik həddə çatması bütün bazar iştirakçılarına mənfi təsir göstərir.  Avropa ölkələri istehlakçıları və müəssisələri qışda enerji təchizatı təhlükəsizliyini təmin etmək üçün qənaət rejimi tətbiq etməyə başlayıb.

Gülşən

www.yenicag.az

451
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv