Böhran yaradacaq proses – Bayden və Netanyahu İranla bağlı razılığa gəlir

 

İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Co Bayden İsrailin İrana mümkün zərbəsinin xarakteri və miqyası ilə bağlı razılığa yaxındırlar.

Yenicag.az xəbər verir ki, İsrailin “Walla” xəbər saytının məlumatına görə, Netanyahu və Bayden telefon danışığında İranın hücumuna İsrailin mümkün cavablarını müzakirə ediblər.

Sayt adı açıqlanmayan İsrail və ABŞ rəsmilərinə istinadən iddia edir ki, müzakirələr zamanı Vaşinqton və Təl-Əviv arasında İsrailin İrana mümkün zərbəsi ilə bağlı fikir ayrılıqları böyük ölçüdə aradan qaldırılıb.

Buna baxmayaraq, qeyd edilir ki, İsrailin gözlənilən cavabı Vaşinqtonun istədiyindən “bir qədər aqressiv” ola bilər.

Həmçinin bildirilir ki, İsrail Təhlükəsizlik Şurasının dünənki iclasında baş nazir Netanyahu və müdafiə naziri Yoav Gallanta İrana zərbənin vaxtını müəyyən etmək səlahiyyətinin veriləcəyi gözlənilirdi.

Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə raket hücumu həyata keçirib və Təl-Əviv hücuma cavab verəcəyini bildirib.

Nəsimi Ələsgərli

COP29