!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böhranın “əritdiyi” banklar: “Bu sektordakı problemlər həll edilmədikcə...” – Professorun ŞƏRHİ

!Reklam – Yazi

“Təəssüf ki, ölkədə bankların sağlamlaşdırılması və ya birləşdirilməsi ənənəsi möhkəmlənməyib”.

Ötən gün Mərkəzi Bankın İdarə Heyətinin qəbul etdiyi qərara uyğun olaraq, “Atabank”, “AGBank”, “NBC Bank” və “Amrah Bank” ASC-lərə müvəqqəti inzibatçılar təyin edilib.

Qanunvericiliyə əsasən, qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

Bu qərarı Yenicag.az-a şərh edən İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov bildirib ki, hazırda ölkədə fəaliyyət göstərən bankların böyük hissəsinin iqtisadi vəziyyəti ürəkaçan deyil. Bu baxımdan Mərkəzi Bank tərəfindən atılan addım gözlənilən idi:

“İqtisadi problemlər dərinləşdikcə və eyni zamanda, bank sektorundakı problemlər köklü şəkildə öz həllini tapmadıqca, banklara kənardan inzibati idarəetmənin təyin olunması ilə bağlı qərarlar qəbul olunacaq.

Lakin bu qərarlar bankların lisenziyasının ləğv olunması və fəaliyyətinin tam dayandırılması hesab olunmur. Əslində, bankların ləğvi deyil, onların birləşdirilməsi və sağlamlaşdırılması daha məqbul ola bilərdi. Təəssüf ki, ölkədə bankların sağlamlaşdırılması və ya birləşdirilməsi ənənəsi möhkəmlənməyib”.

Elşad Məmməd vurğulayıb ki, mövcud şəraitdə bankların sağlamlaşdırılması və böyüdülməsi çox vacibdir. Əks halda, bankların ləğvi reallaşa bilər. Bu isə iqtisadiyyata ciddi zərər vuracaq:

“Bank sektorunda doğru siyasət aparılmalıdır. Buna görə də ölkədə reallaşdırılan pul-kredit siyasəti real sektora istiqamətləndirilməlidir. Həmçinin pul-kredit siyasəti dayanıqlı şəkildə investisiya mənbəyinə çevrilməlidir”.

Gülşən Şərif

www.yenicag.az

735
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv