Boks Federasiyasında Paris Olimpiadasına hazırlıq müzakirə edildi

Azərbaycan Boks Federasiyasında (ABF) milli komandaların məşqçilər korpusu ilə görüş keçirilib.

ABF-dən Yenicag.az-a verilən məlumata görə, görüşdə federasiya prezidentinin müşaviri Samir Hüseynov, qurumun baş katibi Nağı Səfərov, İdarə Heyətinin üzvü Rövşən Hüseynov və texniki direktor Ravşan Xocayev iştirak ediblər.

Toplantıda 2024-cü il üçün təqvim planının tərtib edilməsi, milli komandaların formalaşdırılması, gələcək planlar, perspektivlər, lisenziya turnirlərinə və Paris Yay Olimpiya Oyunlarına hazırlıq müzakirə edilib. Həmçinin təlim-məşq toplanışları və yeni ildə təşkil olunacaq müxtəlif yaş qrupları üzrə Avropa çempionatları ilə bağlı fikir mübadiləsi aparılıb.