Boks üzrə Azərbaycan birinciliyində 1/16 final mərhələsi başa çatdı

Gənc boksçular arasında Azərbaycan birinciliyində II günün döyüşləri keçirilib.

Federasiyadan Yenicag.az-a verilən məlumata görə, 58 komandanın qatıldığı yarışda 31 qarşılaşma baş tutub.

Görüşlərin yekununa əsasən, 1/16 final mərhələsinə yekun vurulub. 4 çəki dərəcəsində isə 1/8 final mərhələsinin döyüşləri təşkil edilib. Milli üzvlərindən Sənan Hətəmov asan qələbə ilə mərhələ adlayıb.

Birinciliyin III günündə 36 görüş olacaq. Boks Mərkəzində keçirilən döyüşlər saat 13:00-da başlanacaq.

Qeyd edək ki, yarışın qalibləri dekabrın 22-də müəyyənləşəcək.

Azərbaycan birinciliyi

1/16 final

48 kq
Rəvan Allahquliyev (“Lokomotiv” İK) – Nihat Əsgərov (Masallı) – ikinci tam üstünlüklə qalib gəlib

63,5 kq

Aslan Quliyev (“Təhsil” RİM) – Qaraş Abbasov (Şabran) – birinci tam üstünlüklə qalib gəlib
İsmayıl İsmayılzadə (“Qızıl əlcək” İK) – Süleyman Adıgözəlov (BFL) – 5:0
Tuğay Əliyev (Ağdaş) – Zakir Bağırov (Şirvan) – ikinci tam üstünlüklə qalib gəlib
Məmməd Vəliyev (Şəmkir) – Fəqan Quliyev (Siyəzən) – 3:2
Məhəmməd Quliyev (DİN İK) – Şakir Cəbrayılov (Ağsu) – 0:5
Ayxan Zeynallı (Mingəçevir) – Məhəmmədəli Teymurov (Şəki) – 5:0
Tural Məmmədli (DGK İK) – Aydın Dadaşov (“Təhsil” Sumqayıt) – 3:2
Osman Ağayev (“Spartak” İC) – Səyad Xanverdiyev (Cəlilabad) – 5:0
Ruslan Quliyev (Tərtər) – Tamerlan Əliyev (“Zabit” İK) – ikinci tam üstünlüklə qalib gəlib

71 kq

Ziya Həsənov (Z-1 İK) – Röyal Gəncəliyev (UGM-7) – birinci tam üstünlüklə qalib gəlib
Ramiz Haqverdiyev (“Sərhədçi” İK) – Diyar Həsənov (Gəncə) – 4:0

1/8 final mərhələsi

67 kq

Özcan Rəsulzadə (“Təhsil” RİM) – Şəhriyar Kərimov (Şirvan) – birinci tam üstünlüklə qalib gəlib
Əli Səmədli (Mingəçevir) – İslam Əliyev (UGİM-1) – 0:5
Ayxan Rəhimov (Şəmkir) – Həmid Hümbətov (UGM-7) – 5:0
Ayxan Əliyev (“Neftçi” İK) – Rəvan Hacıyev (DİN) – 5:0
Nihat Məmmədov (“Kür” İK) – Məhəmmədhüseyn Süleymanov (Gəncə) – birinci tam üstünlüklə qalib gəlib
Abdinrauf Məmmədzadə (Pirşağı-Kürdəxanı) – İkram Şeydayev (BFL) – ikinci tam üstünlüklə qalib gəlib
Vaqif Əliyev (Lənkəran) – Sənan Hətəmov (“Zabit” İK) – ikinci tam üstünlüklə qalib gəlib

75 kq

Fərhad Şeydayev (“Qəbələ” İK) – Fərid İsmayılov (Gəncə) – birinci tam üstünlüklə qalib gəlib
Əliheydar Məmmədov (BFL) – Xətai Nemətli (“Qızıl əlcək” İK) – 4:1
Kamran Adıgözəlov (Sumqayıt) – Dədəkişi Kazımov (Astara) – ikinci tam üstünlüklə qalib gəlib
Rəvan Cəfərov (“Təhsil” RİM) – İbrahim Əlizadə (“Neftçi” İK) – birinci tam üstünlüklə qalib gəlib
Elgün Nəsirov (Lənkəran) – Nazir Məmmədov (MOİK) – 0:5

80 kq

Rüfət Xudaverdi (“Neftçi” İK) – Nemət Namazov (Laçın) – ikinci tam üstünlüklə qalib gəlib
İslam Ağayev (Z-1 İK) – Rəvan Rzayev (“Sərhədçi” İK) – ikinci tam üstünlüklə qalib gəlib
Anar Hüseynov (Masallı) – Elhad Babayev (DGK İK) – 1:4
Ceyhun Qəmbərli (888 BK) – İlfan Xəlilli (Tərtər) – ikinci tam üstünlüklə qalib gəlib

86 kq

Rza Novruzov (Siyəzən) – Famil Vəliyev (BFL) – ikinci döyüşə gəlməyib
Ruslan Qəhrəmanov (Mingəçevir) – Kənan Səlimov (“Təhsil” RİM) – 0:5
Kənan Həsənli (METE İK) – Elcan Nəsibov (“Qızıl əlcək” İK) – birinci tam üstünlüklə qalib gəlib