!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Boks üzrə dünya çempionu vəfat edib

!Reklam – Yazi

c4f98138bbd990b1a2a54bfe0b626782Ağır çəkidə boks üzrə dünya çempionu, türkiyəli Sinan Şamil Sam vəfat edib.

Həkimlərin səylərinə baxmayaraq, qaraciyər xəstəliyindən əziyyət çəkən Sinan Şamil Samı xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Sinan Şamil Sam 1974-cü ildə Almaniyanın Frankfurt şəhərində anadan olub. Həvəskar boks üzrə doqquzqat Türkiyə çempionu olub. 1992-ci ildə dünya çempionu adını qazanıb. 1999-cu ildə böyüklər arasında da dünya çempionu olmağı bacarıb. 15 aprel 2000-ci ildə peşəkar boksa başlayıb. 12 oktyabr 2002-ci ildə polşalı Przemyslaw Saletı məğlub edərək Avropa çempionu olub. “Boğazın buğası” ləqəbi ilə tanınıb.

Keçirdiyi 35 döyüşün 31-də qalib gəlib. Bu qələbələrin 16-nı nokautla qazanıb. Qızıl kəməri iki döyüşdə qorumağı bacarıb(APA).

www.yenicag.az

531
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv