!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Boks yarışları davam edir

!Reklam – Yazi

big_1409124589_boksBu gün Bakı-2015 I Avropa Oyunlarında boks yarışlarının daha 10 çəki dərəcəsində döyüşlər olacaq.

Aktivində 1 qızıl və 3 bürünc medal olan Azərbaycan yığmasının daha 7 boksçusu rinqə çıxacaq.

Kişilər arasında 52 kq çəki dərəcəsində Elvin Məmişzadə finalda italiyalı Vinçenzo Pikkardi ilə üz-üzə gələcək.

60 kq çəkidə təmsilçimiz Albert Səlimov yarımfinalda gənc rəqibi Sin Makkombla (İrlandiya) döyüşəcək.

64 kq çəkidə Azərbaycan təmsilçisi Lorenzo Sotomayoru finalda Vinçenzo Manqiakapre ilə qarşılaşacaq.

69 kq çəkidə Pərviz Bağırovun yarımfinaldakı rəqibi Böyük britaniyalı Joş Kellidir.

75 kq çəki dərəcəsində yığmamızın üzvü Xaybula Musalov yarımfinal mərhələsində Macarıstan təmsilçisi Zoltan Harksa ilə döyüşəcək.

91 kq çəkidə isə Abdulqadir Abdullayev finala vəsiqə qazanmaq üçün rusiyalı Sadam Maqomedovlə üz-üzə gələcək.

Qadınlar arasında 60 kq çəkidə Yana Alekseyevnanın yarımfinalda rəqibi İrlandiya təmsilçisi Keti Teylordur.

www.yenicag.az

802
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv