Boksçularımız Avropa birinciliyini 4 medalla başa vurdular

Azərbaycanın yeniyetmə boksçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa birinciliyini 4 medalla başa vurub.

Boks Federasiyasından Yenicag.az-a verilən məlumata görə, komanda yarışın son günündə 2 medal qazanıb.

Nihat Qasımov (48 kq) və Səftər Məmmədzadə (+80 kq) gümüş mükafata yiyələliblər.

Nəticədə yığmamız Avropa birinciliyini 4 medalla başa vurub. Daha öncə Aylin Nəzərova (48 kq) və Əminə Tağı (52 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

COP29