!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Boksçularımız Avropa Oyunlarına İtaliya və Türkiyədə hazırlaşırlar

!Reklam – Yazi

Kişi və qadın boksçulardan ibarət Azərbaycan milli komandaları III Avropa Oyunlarına hazırlığın son mərhələsinə start veriblər.

Federasiyadan Yenicag.az-a verilən məlumata görə, hər 2 yığma təlim-məşq toplanışını ölkə xaricində keçir.

Baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi altında 9 boksçu İtaliyanın Assizi şəhərində hazırlığa başlayıb. Çalışdırıcılar yekun heyəti müəyyənləşdirmək üçün toplanışa Məsud Yusifzadə, Nicat Hüseynov (hər ikisi 51 kq), Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (86 kq) və Məhəmməd Abdullayevi (+92 kq) cəlb ediblər.

Komanda Assizidə İtaliya, Avstriya, Belçika, Serbiya, İrlandiya, Böyük Britaniya, Niderland, Estoniya, Finlandiya və Slovakiya ilə birgə hazırlıq keçir.

Baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayevin rəhbərlik etdiyi qadınlardan ibarət milli komanda isə Türkiyənin Kastamonu şəhərində məşqləri davam etdirir. Hazırlıqda Mehparə Məmmədova (48 kq), Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) iştirak edirlər. Kastamonudakı toplanışa Türkiyə və Cənubi Koreya kollektivləri də qatılıblar.

Azərbaycanın hər 2 yığması iyunun 16-da Bakıya dönəcək.

Qeyd edək ki, Polşada keçiriləcək Avropa Oyunlarında boks yarışları iyunun 23-dən iyulun 2-dək “Novi Tarq Arena” baş tutacaq.

www.yenicag.az

392
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv