Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Boksçumuz AÇ-nin finalına yüksəlib, erməniyə rəqib oldu

Reklam: Sinerji Pro

Türkiyənin Antalya şəhərində keçirilən gənc boksçular arasında Avropa birinciliyində finalçıların adına aydınlıq gəlib.

Yenicag.az xəbər verir ki, Azərbaycan millisinin 2 boksçusu da adını həlledici döyüşə yazdırıb.

Belə ki, baş məşqçi Vaqif Şirinovun yetirmələrindən Amin Kuşkov yarımfinal görüşündə İvan Papakinlə (Ukrayna) üz-üzə gəlib. 75 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz rəqibinə heç bir şans verməyib – 5:0.

O, finalda rusiyalı Daniel Teterevlə qüvvəsini sınayacaq.

Kuşkovun uğurunu Məhəmməd Abdullayev (+91 kq) də davam etdirib. İlk 2 görüşünü nokautla bitirən idmançımız Yosip Biletiç (Xorvatiya) üzərində də texniki qələbə qazanıb. O, bu dəfə rəqibini 3-cü raundda nokauta salıb.

Abdullayev qızıl medal üçün Yunanıstanı təmsil edən Vaqkan Nanitzanyanla qarşılaşacaq.

Yarımfinalda mübarizə aparan digər 2 boksçumuz finala yüksələ bilməyib. Həsən İbrahimov (49 kq) Sahil Alahverdovıya (Gürcüstan), Surət Qarayev (81 kq) Ruslan Kolesnikova (Rusiya) məğlub olduqlarından birinciliyi bürünc medalla başa vurublar.

Qeyd edək ki, final görüşləri sabah keçiriləcək.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

1019
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM