Boksçumuz dünya çempionatında 1/8 finala yüksəldi

Azərbaycan boksçusu Tayfur Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

Boks Federasiyasından Yenicag.az-a verilən məlumata görə, 60 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/16 finalda qırğızıstanlı Mirzohid İmamnazarovla döyüşüb. Rəqibini məğlub edən Avropa Oyunlarının mükafatçısı növbəti mərhələyə yüksəlib.

O, 1/8 finalda rusiyalı Vsevolod Şumkovla üz-üzə gələcək. Görüş mayın 8-də olacaq.
Mundialın üçüncü günündə Sərxan Əliyev (71 kq) də rinqə çıxıb. Dev Nişantla (Hindistan) qarşılaşmada rəqib 1/16 finala vəsiqə qazanıb.

Qeyd edək ki, 107 ölkədən 538 idmançının qatıldığı mundialın dördüncü günündə Tural Sarıyev (48 kq) Al-Jaleel Jokhu (Trinidad və Tobaqo) ilə, Məhəmməd Abdullayev (+92 kq) Ernandes Kruzla (Meksika) ilə üz-üzə gələcək.