!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Boksçumuz ermənini məğlub etdi

!Reklam – Yazi

Azərbaycan boksçusu Nicat Hüseynov İtaliyanın Busto Arsizio şəhərində I Dünya Olimpiya Təsnifat Turnirində növbəti görüşünü keçirib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, 51 kq çəkidə mübarizə aparan ikiqat Avropa çempionu ermənistanlı Rudolf Qarboyanla döyüşüb.

1/8 final mərhələsində baş tutan qarşılaşma boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu xeyrinə bitirən Hüseynov yekunda 5:0 (30:26, 29:27, 30:26, 30:26, 30:26) hesabı ilə qalib gəlib.

Nicatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyadan cəmi bir addım ayırır. Ona Fransa paytaxtına vəsiqə üçün martın 11-də keçiriləcək 1/4 final döyüşündə qələbə kifayət edəcək.

Qeyd edək ki, Hüseynov Qarboyanı ardıcıl ikinci dəfə məğlub edib. O, ötən ilin nöyabrında U-22-lərin Avropa çempionatının finalında da erməni boksçuya qalib gəlmişdi

www.yenicag.az

264
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv