!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BOKT-lara artan MARAQ: "Azərbaycanda çox az maliyyə qurumunun kredit portfeli..."

!Reklam – Yazi

“BOKT-lar banklar kimi qarşı tərəfə ağır tələblər qoymayıb”.

Bu sözləri hazırda ölkədə mövcud olan Bank olmayan kredit təşkilatının (BOKT) fəaliyyətinə münasibət bildirən iqtisadçı jurnalist Əli Əhmədov Yenicag.az-a açıqlamasında qeyd edib.

O, bildirib ki, bu təşkilatlar daha çox bölgələrə meyilləniblər:

“Bank olmayan kredit təşkilatının ölkədəki kredit portfelində payı çox deyil. Ümumilikdə, onların payı on faizdən aşağıdır. Lakin kiçik və orta sahibkarlığın maliyyəşdirməsində əhəmiyyəti var. Bundan başqa, istehlak kreditlərinin verilməsi və ticarət qurumlarının məhsul satışında BOKT-lardan istifadə edilməkdədir. Buna görə də təşkilatlar bu sistemdə önəmli rola malikdir.

Eyni zamanda, əhalinin maliyyə əlçatımlılığı baxımından çox vacibdir. Bunun əhaliyə və kiçik biznesə faydasına gəlincə, bəzi hallarda kiçik bizneslərin banklarla çox da əlaqələri olmaya bilir. Bu zaman onun öz məhsulunu satması üçün hökmən kredit verən partnyorunun olması vacibdir. Həmçinin BOKT-lar banklar kimi qarşı tərəfə ağır tələblər də qoymayıb. Buna görə də onlar məhz BOKT-larla işləyirlər. Bu baxımdan, sözügedən qurumların ekosistemdə yeri önəmlidir.

BOKT-ların öz mənfəətinə gəlincə, bu uğurlu biznes hesab hesab olunur. Yeni BOKT-ların yaradılması bazara marağın olmasından xəbər verir. Yeri gəlmişkən, adıçəkilən qurumların yaranması onların dərhal fəaliyyətə başlaması demək deyil. Təşkilat təsis edildikdən sonra fəaliyyət üçün lizensiyalaşma mərhələsi başlayır. Bundan sonra fəaliyyət göstərə bilər. BOKT-ların əsas rəqibləri isə lombard bazarları sayılır. Orada müəyyən boşluqlar olduğundan tənzimlənməyə ehtiyac duyulur. Problemlər və şəxsi qərarlardan çox şey asılı olduğundan borc alanlar asılı vəziyyətə düşürlər. Bunlarla müqayisədə BOKT-lar tərəfindən daha sivil, normal və reqlamentləşdirilmiş xidmətlər təqdim olunur. Xüsusən də bölgələrdə bu təşkilatların fəaliyyəti daha əlçatandır. Çünki Azərbaycanda çox az maliyyə qurumunun kredit portfeli bölgələrdə yerləşir”.

Yusif Səmədzadə

www.yenicag.az

312
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv