!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bölgələrdə sel FƏLAKƏTİ - Ölən və yaralananlar var

!Reklam – Yazi

Axşam saatlarından başlayaraq aramsız yağan yağış və güclü külək Daşkəsən, Göygöl, Gədəbəy, Şəmkir, Samux və Goranboy rayonlarında ciddi fəsadlar törədib.

Gədəbəydə güclü yağış ölümə səbəb olub.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Moruqlu kəndində qeydə alınıb.

1958-ci il təvəllüdlü Sahib Sadıqov sel sularına düşərək boğulub.

Çobanlıqla məşğul olan Sahib Sadıqovun artıq meyiti tapılıb.

Şəmkir rayonunda da yağmurlu hava şəraiti səbəbindən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun “Kraz yolu” deyilən yolda qeydə alınıb.

Belə ki, sel bir avtomobili apararaq digər avtomobilə çırpıb. Nəticədə üç nəfər xəsarət alıb. Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Onlardan ikisinin kimliyi məlum olub – Bənövşə Musayeva və İlqar Musayev.

Faktlarla bağlı araşdırmalara başlanılıb.

Bakı-Qazax avtomobil yolunun Gəncə, Şəmkir və Tovuz ərazisindən keçən hissəsində nəqliyyatın hərəkəti çətinləşib. Daşkəsən, Göygöl, Samux və Goranboy rayonlarında da analoji vəziyyət qeydə alınıb.

Hazırda bu bölgələrdə yağıntılı hava şəraiti davam edir./Report/

www.yenicag.az

545
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv