Bölgələrdə yaşadığı yeri tərk edən COVID-19 XƏSTƏLƏRİ – SİYAHI / FOTO

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən və ətrafdakı şəxslərə də bu virusun keçməsinə şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, rayonun Kürdəmiş kənd sakini Nicat Babaşov COVİD-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicə təyin edilib və qaydalar ona izah olunub. Lakin N.Babaşov qaydalara əməl etməyərək yaşadığı evi tərk edib və virusun yayılmasına şərait yaradıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən edilib və və dərhal yaşadığı ünvana geri qaytarılıb.

N.Babaşov barəsində Göyçay RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

***

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus pandemiyasına yoluxmuş rayon skini G. Əsədov karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib. Həmin şəxs rayon ərazisində aşkar olunub və yaşadığı ünvana geri qaytarılıb. Onunla profilaktiki mövzuda söhbətlər aparılaraq koronavirus pandemiyasının bəşəri bəla olduğunu, bütün dünyanın bu bəladan əziyyət çəkidyi deyilib.

Bərdə RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

***

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində COVID-19 xəstələri kimi qeydiyyatda olan rayon sakinləri – E.Vəlili, F.Bəşirov və F.Məmmədovun yaşadıqları evləri tərk edərək karantin qaydalarını kobud şəkildə pozduqları müəyyənləşib.

Həmin şəxslər müəyyən edildikləri ərazidən polis əməkdaşlarının müşayiəti ilə müalicə aldıqları ünvanlara aparılıblar.

Ağcabədi RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

***

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus pandemiyasına yoluxmuş rayon sakini E. Haqverdiyev karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Həmin şəxs rayon ərazisində aşkar olunub və yaşadığı ünvana geri qaytarılıb.

Onunla profilaktiki mövzuda söhbətlər aparılaraq koronavirus pandemiyasının bəşəri bəla olduğunu, bütün dünyanın bu bəladan əziyyət çəkidyi deyilib. Sabirabad RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

***

Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə koronavirus xəstəsinin rayonda yerləşən baytarlıq aptekində satışla məşğul olması və yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

Kürdəmir şəhər sakini Nazim Rəhimovun COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə, ona ev şəraitində müalicə təyin edilib, qaydalar izah olunub və qoyulan tələblərə riayət etməsi tapşırılıb.

Rəhimov Nazim qaydaları pozmaqla rayon ərazisində yerləşən baytarlıq aptekində dərman satışı ilə məşğul olmaqla olduğu ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb.

O, rayon ərazisində baytarlıq aptekində satışla məşğul olarkən polis əməkdaşları tərəfindən saxlanılıb, həkimlərin də iştirakı ilə yaşadığı evə geri qaytarılıb.

Hazırda Kürdəmir rayon Polis Şöbəsində Rəhimov Nazim barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

***

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş daha 2 nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara rayonunun Kijəbə qəsəbəsinin sakini V.Babayev və Maşxan kənd sakini F.Babayevaya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.

Lakin Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar saxlanılaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.

Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Astara RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Qeyd edək ki, bu günə qədər Astarada yaşayış yerini tərk etmiş 5 nəfər COVID-19 xəstəsi barəsində cinayət işi başlanılıb və hazırda istintaqı davam etdirilir.