Bölgələrə olan daha bir neçə marşrut üzrə avtobuslar yeniləndi

Bakıdan Bərdə, Tərtər, Mingəçevir, Zaqatala və “Sınıq körpü” (Qazax sərhəd-keçid məntəqəsi) istiqamətlərində yeni avtobuslar sərnişinlərin istifadəsinə verilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Yenicag.az-a bildirilib ki, marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə AYNA tərəfindən keçirilən müsabiqələrin nəticələrinə əsasən, artıq bu istiqamətlərdə səfərlər 2015-ci il istehsalı olan “Neoplan” və 2024-cü il istehsalı olan “King Long” markalı avtobuslarla həyata keçirilir.

AYNA tərəfindən şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması daim diqqətdə saxlanılır.

Müntəzəm avtobus marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur. Müsabiqənin şərtlərindən biri də avtobusların yeni olmasıdır.

COP29