!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bölgələrin iqtisadi inkişafı: Gəncləri regionlara cəlb etməyin yolları nələrdir? - İQTİSADÇI RƏYİ

!Reklam – Yazi

“Rəsmi məlumata görə, əhalinin gəlirlərinin təxminən 60%-i Bakıda yaranır və eyni zamanda, ölkə əhalisinin 23%-i paytaxtda yaşayır. İqtisadiyyat üzrə əhali gəlirlərinin isə cəmi 10%-i 19 rayonda formalaşır”.

Bu fikirləri, bölgələrdə əhalinin gəlirlərinin artırılması üçün üstünlük verilməsi vacib olan sahələri qeyd edən iqtisadçı Vüsalə Əhmədova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bölgələr üzrə əhali gəlirlərindəki qeyri-bərabərliyin əsas səbəbi iqtisadi resursların bərabər bölgüsünün olmamasıdır:

“Bundan əlavə, bölgələr arasında sosial-iqtisadi struktur, işçi qüvvəsi, təhsil səviyyəsi, infrastruktur, iqlim və sairə fərqlər bölgələrin fərqli inkişafına səbəb olur. Hazırda bölgələrimizdə gənc əhali yox dərəcəsindədir, onların çoxu Bakı şəhərində və ya başqa ölkələrdə məskunlaşıb. Ölkənin əsas təbii resursu olan neft isə, əsasən, Bakı şəhərində hasil olunur. Bu səbəbdən ölkənin istisadiyyatının aparıcı qüvvəsi Bakı şəhəridir. Əslində, əkinçilik üçün əlverişli ərazilərimizdə kənd təsərrüfatı sektoru mütləq inkişaf etdirilməlidir. Kənd təsərrüfatı istər bütövlükdə ölkənin, istərsə də bölgələrin inkişafında iqtisadiyyatın lokomativi rolunu oynayır”.

Vüsalə Əhmədova vurğulayıb ki, bölgələrdəki şirkətlərin, dövlət qurumlarının, maliyyə qurumlarının bir araya gələrək yerli iqtisadi siyasət formalaşdırmasına ehtiyac var:

“Ölkəmizdə hələ Sovet İttifaqı dövründən kurort müalicəsi aparan sanatoriyalardan 45-i hazırda da fəaliyyətini davam etdirir ki, onların 27-si də Bakı şəhərində yerləşir. Günümüzdə hər hansı bir müəssisənin uğurlu inkişafının təminatçısı düzgün qurulmuş marketinq strategiyasıdır. Müalicəvi turizmin inkişafında ən vacib amil xidmətlərdən yararlanmaq istəyən potensial yerli və xarici tələbin müəyyənləşdirilməsidir. O cümlədən, bu komplekslər yerli turistlər üçün də əlçatan edilməlidir. Ölkəmizdə termal və spa xidmətləri təklif oluna biləcək komplekslər Kəlbəcər, Qax, Masallı, Qəbələ kimi bölgələrimizdə yaradıla bilər.

“Euromonitor International”ın məlumatlarına əsasən, 2017-ci ildə dünyada tibbi turizmdən gələn gəlirlər 15 milyard dollar, müalicəvi-kurort tipli turizmdən gələn gəlirlər isə 40 milyard dollar təşkil edib. Təşkilatın proqnozlarına görə, 2022-ci ildə bu rəqəmlər üç dəfə arta bilər. Tədqiqatlar onu da göstərir ki, tibbi və müalicəvi-kurort tipli turizm proqramlarına tələb getdikcə daha da artacaq.

Ümumiyyətlə, pandemiyayla əlaqədar dünyada turist sayında nəzərə çarpacaq azalma baş versə də, tibbi və müalicəvi turizm ümumi turizm sektoru içində son bir neçə ildə gəlirləri artan yeganə sahə olub”.

Gülşən Şərif

www.yenicag.az

654
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv