Bölmə rəisi qəzaya düşüb öldü – FOTO

Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin ictimai təhlükəsizlik böməsinin rəisi polis mayoru Qubat Qasımov bir müddət əvvəl yol qəzasına düşüb.

Yenicag.az-ın məlumatına görə, o ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Q.Qasımov bu gecə müalicə aldığı xəstəxanada vəfat edib.

Faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis baş leytenantı Eşqin Qasımov təsdiqləyib./Unikal/