Bölmələrimiz tərəfindən atəş açılmayıb – MN-dən AÇIQLAMA

Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən bölmələri tərəfindən guya atəş açılması nəticəsində bir erməni hərbiçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.

Yenicag.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

“Bildiririk ki, qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəş açılmayıb, sakitlikdir” – deyə, nazirlik qeyd edir.