Bolqarıstan Baş naziri Azərbaycana səfərə gəlir

Bolqarıstanın Baş naziri Kiril Petkov təbii qaz tədarükünün artırılmasını müzakirə etmək üçün iyulun 21-22-də Azərbaycanda səfərdə olacaq.

Yenicag.az “Radio Bulgaria”ya istinadən xəbər verir ki, bu barədə o özü jurnalistlərə məlumat verib.

Baş nazir səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

“Avropa İttifaqının bu etibarlı qaz mənbəyinə çıxışı olan 3 ölkəsindən biriyik”, – Bolqarıstanın Baş naziri deyib.