Bolqarıstan parlamentinin yeni sədri türk oldu

Bolqarıstanın tanınmış heykəltəraşı, GERB partiyasının nümayəndəsi Vejdi Rəşidov Bolqarıstanın 48-ci Milli Assambleyasının (Parlament) yeni sədri seçilib.

BTV-nin yaydığı məlumata əsasən, V.Rəşidovun namizədliyinə 240 deputatın 139-u “lehinə”, 73-ü “əleyhinə”, 27-i isə “birtərəf” olaraq səs verib.

Onun əslən türk olduğu bildirilir.