Bolqarıstan rus diplomatları arzuolunmaz şəxslər elan etdi

Bolqarıstanın baş naziri Boyko Borisov bildirib ki, casusluqla bağlı işə görə Rusiyanın ölkədəki diplomatları “persona non-qrata” elan ediləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Bolqarıstan hökumətinin mətbuat xidməti bildirib.

“Biz növbəti dəfə Rusiya diplomatlarını arzuolunmaz şəxslər elan etməli oluruq”, – baş nazir martın 19-da altı nəfərin Bolqarıstanın Baş Prokurorluğu Rusiya Federasiyasının xeyrinə casusluqda şübhəli bilindiyini şərh edərkən deyib.

Borisov vurğulayıb ki, xüsusi xidmət orqanlarının əməliyyatı Bolqarıstanda casusluğa son qoymaq tələbilə xüsusi aksiyadır.

Qeyd edək ki, ötən gün Bolqarıstan mətbuatı ölkənin paytaxtı Sofiya şəhərində Rusiyaya casusluqda şübhəli bilinən bir neçə nəfərin həbs edilməsi barədə məlumat yayıb. Məlumata görə, şübhəli şəxslər Bolqarıstanın Milli Təhlükəsizlik Agentliyinin xüsusi əməliyyatının gedişatında saxlanılıblar.