Bolqarıstan XİN-in rəhbəri Bakıya gələcək

Bolqarıstanın xarici işlər naziri Mariya Qabriel Azərbaycana səfər edəcək.

Yenicag.az xəbər verir ki, xarici işlər naziri yanvar ayında Bakıya səfər edəcək.

O, yanvarın 24-də keçiriləcək Azərbaycan-Bolqarıstan Strateji Dialoqunun 3-cü iclasında iştirak edəcək.