Bolqarıstanda ABNA-nın 25-ci iclası işinə başlayıb

16
Sentyabrın 9-da Bolqarıstanın Nesebr şəhərində Balkan İnformasiya Agentlikləri Assosiasiyasının (ABNA) Baş Assambleyasının 25-ci iclası işinə başlayıb

Həmin gün Qara Dəniz Regionu Milli İnformasiya Agentlikləri Assosiasiyası (BSANNA) Baş Assambleyasının 8-ci konfransı da keçiriləcək.

Trend İnformasiya Agentliyi də dünyanın nüfuzlu və iri xəbər agentliklərini birləşdirən bu tədbirə dəvət olunub.

Görüş Bolqarıstan İnformasiya Agentliyi (BTA) tərəfindən təşkil olunub.

Qeyd edək ki, ABNA 1995-ci ildə regionun xəbər agentlikləri arasında əməkdaşlığı inkişaf etdirmək, eləcə də onlar arasında dostluq münasibətlərinin, tərəfdaşlığın qurulmasına yardım etmək məqsədilə yaradılıb.

Yenicag.az