Bolqarıstanın Baş naziri istefa verəcək

Bolqarıstanın Baş naziri Nikolay Denkov əvvəlcədən razılaşdırılmış rotasiya çərçivəsində martın 6-da vəzifəsindən istefa vermək niyyətini təsdiqləyib.

Yenicag.az xəbər verir ki, Nikolay Denkov bu barədə Münxen Təhlükəsizlik Konfransından qayıdarkən keçirdiyi brifinqdə açıqlama verib.

“Martın 6-da mən istefa verəcəyəm. Normal konstitusiya proseduru var və hökumət növbəti qərar qəbul olunana qədər öz vəzifələrini yerinə yetirməyə davam edəcək”, – deyə Nikolay Denkov bildirib.

O qeyd edib ki, yeni hökumətdə Xarici İşlər Nazirliyinə kimin rəhbərlik edəcəyi məsələsi hələ də açıq qalır./Azertag/

COP29