Bolqarıstanın sabiq Baş naziri saxlanıldı

Bolqarıstanın keçmiş Baş naziri Boyko Borisov saxlanılıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazilriyi məlumat yayıb.

Bildirilib ki, Borisovla yanaşı, sabiq maliyyə naziri Vladislav Qoranov, parlamentin Maliyyə Komitəsinin keçmiş sədri Menda Stoyanova və digər siyasətçilər də saxlanılıb.

Siyasətçilərin Avropa fondlarından sui-istifadə halları ilə bağlı daxil olan 120-dən çox məlumat əsasında saxlanıldıqları bildirilir.