“Bolt” sürücüsü aktrisaya təcavüz etdi: “Ayaqlarıma baxıb…” – FOTO

Bakıda taksi sürücüsü sərnişinə qarşı seksual hərəkətlər edib.

Yenicag.az xəbər verir ki, bu barədə Lalə Ziyagil adlı gənc aktrisa sosial şəbəkə hesabında bildirib.

Xanım şikayətçinin sözlərinə görə, o, “Bolt” taksi şirkətinə məxsus avtomobildə sürücü tərəfindən təcavüzə məruz qalıb və bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib:

“Həmin şəxs utanmadan arxaya dönərək, dəfələrlə ayağıma baxaraq cinsi orqanına toxunurdu. Telefonuna göndərilən əxlaqsız görüntüləri mənə tərəf tutub açırdı. Qorxumdan pəncərəni tam açmışdım ki, nəsə olsa çığırım. Narahatlığımı dilə gətirməyə qorxurdum. Manyakın maşını hara sürəcəyini bilmirdim. Utanmadan sanki başqa yerə baxırmış kimi əyilib ayaqlarımın arasına baxmağa çalışırdı. Polisə şikayət etdim. Ərizə yazmağa sabah gedəcəyəm. Ümid edirəm ki, bu şərəfsizlik cəzalandırılacaq”.