!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Boltonun zəngi: Vaşinqtonu Qarabağ maraqlandırır, yoxsa İran?

!Reklam – Yazi

“Con Boltonun prezident İlham Əliyevə zəng vurması Qarabağ münaqişəsinin nizamlanması prosesinin ciddi müstəviyə keçdiyini göstərir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığında Qarabağ münaqişəsinin həlli və təhlükəsizlik məsələlərini müzakirə etməsini dəyərləndirən politoloq Elçin Mirzəbəyli deyib.

Elçin Mirzəbəylinin fikrincə, Trampın müşavirinin Azərbaycan prezidentinə zəngi həm də ölkəmizin ABŞ üçün əhəmiyyətinin göstəricisidir:
“Bildiyiniz kimi, bu telefon danığışı barəsində sadəcə, rəsmi məlumat var. Şübhəsiz ki, edilən zəngin özü və müzakirə olunan məsələlər Azərbaycanın regionda oynadığı rolun əhəmiyyətini göstərir.

Aparılan müzakirə çərçivəsində Qarabağ münaqişəsinin həlli məsələsinə toxunulması bütövlükdə konfliktin nizamlanması ilə bağlı prosesin ciddi müstəviyə keçdiyini deməyə əsas verir.

Eyni zamanda, təhlükəsizlik məsələlərinin müzakirəsi də önəmli məsələdir və nəzərə almaq lazımdır ki, Azərbaycan regionda sabitliyə töhfə verən bir dövlətdir. Bir önəmli amili də unutmaq olmaz ki, təhlükəsizliyin təmin olunması birbaşa münaqişələrin həllindən asılı olan məsələdir, bir-birilə zəncirvari surətdə bağlıdır.

Mən tərəflər arasında məhz bu iki məsələnin müzakirəsini təsadüfi hesab etmirəm. Bu, bütün hallarda ABŞ-ın Azərbaycana verdiyi əhəmiyyətin nümunəsidir”.

A.Zeynalov

www.yenicag.az

6185
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv