Bomba təhlükəsi – 54 min sakin təxliyyə edildi

İtaliyanın Brindizi şəhərində II Dünya müharibəsi dövründən qalma bombanın tapılması ilə əlaqədar həmin ərazidə yaşayan 54 min sakin təxliyyə edilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu, müharibədən sonrakı dövrdən bəri İtaliyada ən böyük evakuasiya əməliyyatıdır.

Qeyd olunub ki, 1941-ci ildə atılan İngilis bombası “Andromeda” film teatrının ərazisini genişləndirmək üçün aparılan tikinti işləri zamanı tapılıb.

Hazırda 15 hərbçidən ibarət olan qrup bombanın zərərsizləşdirilməsi ilə məşğuldur.

Bildirilib ki, bomba bazar ertəsi şəhər xaricinə çıxarılacaq və xüsusi hazırlanmış ərazidə partladılacaq.

COP29