Bomba yüklü avtomobil partladıldı – Barselonada

Barselonada bomba yüklənmiş avtomobil partladılıb.

Yenicag.az xəbər verir ki, partlayış nəticəsində bir nəfər ölüb. Yerli polis terror aktı hesab etdikləri hadisənin kriminal dairələr arasında ədavət nəticəsində törədildiyini bəyan edib.

İnsident avtomobil dayanacağında baş verib. Partlayış zamanı iki avtomobil yanıb. Yaxınlıqdakı 4 binaya da ziyan dəyib. Həmin binaların sakinləri dərhal təxliyə olunublar.