Bomba yüklü avtomobil partladılıb: ölən və yaralananlar var – Son dəqiqə

İlkin məlumatlara görə, partlayış nəticəsində 4 nəfər ölüb, 14 nəfər yaralanıb

İraqın paytaxtı Bağdadın qərbində güclü partlayış baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, terror aktı nəticəsində ölən və yaralananlar var, hazırda onların sayı dəqiqləşdirilir.

İlkin məlumatlara görə, partlayış nəticəsində 4 nəfər ölüb, 14 nəfər yaralanıb.
Əldə olan məlumata görə, Bağdadın qərbində yerləşən sənaye rayonlarından birində bomba yüklü avtomobil partladılıb.

Yeniçağ.az