“Bona Dea” Beynəlxalq Hospitalı cəbhəyə bir milyon manatlıq tibbi yardım göndərdi – VİDEO

“Bona Dea” Beynəlxalq Hospitalı Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə Azərbaycan ordusuna dəstək olub.

Belə ki, “Bona Dea” Beynəlxalq Hospitalı rəhbərliyi cəbhə xəttinə bir milyon manatlıq tibbi yardım göndərib.

Müvafiq qurumlara təhvil verilən tibbi avadanlıq və ləvazimatlar, oradan ön xətt bölmələrindəki hərbi hospital və xəstəxanalara göndəriləcək.

“Bona Dea” Beynəlxalq Hospitalının həkim kollektivi yaralı hərbçilərimiz sağlamlığına qovuşması üçün tibbi yardım göndərilməsi ilə yanaşı, onların müalicəsində iştirak etmək niyyətlərini də bildiriblər.