!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Borc istədi, təcavüzə uğradı - Azərbaycanlı qadına qarşı iyrənc əməl

!Reklam – Yazi

Türkiyənin Samsun vilayətində Azərbaycan əsilli qadın ona təcavüz etmək istəyən şəxs tərəfindən kimyəvi turşu ilə yandırılıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, 41 yaşlı 2 uşaq anası Arzu İsmayılova borc almaq üçün samsunlu tanışı R.P.-nin evinə gedib. İddiaya görə, qadın R.P. tərəfindən cinsi təcavüzə məruz qalıb. Müqavimət göstərən Arzu İsmayılovanın üstünə kimyəvi turşu atılıb.

Yaralanan qadın özünü birtəhər evdən çıxıb. O, ətrafdakılar tərəfindən əstəxanaya çatdırılıb.

Qadın yaşadığı dəhşətli anlar haqqında bunları deyib:

“3-4 il əvvəl çörək pulu qazanmaq üçün Azərbaycandan Samsuna köçdüm. Burada yaşlı bir tanış kişidən borc istədim. Məni evinə çağırdı və təcüvüz etməyə çalışdı. Buna icazə vermədiyim üçün isə üstümə kimyəvi turşu tökdü. Evdən çıxdım, qonşular səsimə gəlib məni xəstəxanaya apardı. Hələ də həmin şəxsdən təhdit mesajları alıram”.

Qeyd edək ki, Arzu İsmayılovanın müalicəsinin davam etdiyi vaxt R.P. polis tərəfindən saxlanılıb. Lakin heç bir cəza almadan azadlığa buraxılıb.

www.yenicag.az

3733
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv