Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Borçalı AYAQLANDI: “Gürcüstan dövləti bu zorakılıqla bağlı ölçü götürməsə, biz özümüz tədbir görəcəyik” - Azər Süleymanov

“Tam ciddiliyi ilə deyirəm ki, Gürcüstan sürətlə kriminallaşır və ötən əsrin 90-cı illərinə qayıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında svan etnik qrupuna mənsub şəxslərin Dmanisi rayonunda yaşayan azərbaycanlılara qarşı hücumunun arxasında dayanan məqsədlərdən danışan Gürcüstan parlamentinin sabiq deputatı, Vahid Milli Hərəkat Partiyasının (VMHP) liderlərindən biri Azər Süleymanov deyib.

Azər Süleymanovun sözlərinə görə, əgər Gürcüstan hakimiyyəti azərbaycanlılara qarşı zorakılıqlarla bağlı ölçü götürməsə, o halda soydaşlarımız gərəkən tədbirləri görəcəklər:

“Sizə tam ciddiliyi ilə bildirirəm ki, Gürcüstan bütün sahələr üzrə sürətlə kiriminallaşır və ötən əsrin 90-cı illərinə qayıdır. Dmanisidə baş verən insidentə keçməzdən əvvəl qeyd edim ki, buna qədər Marneuli və Bolnisi rayonlarında da soydaşlarımıza qarşı bu sayaq təxribatlar olmuşdu.

İndi deyilir ki, Dmanisidəki hücumu svanlar törədib. Ancaq onlar tək deyil. Millətçi gürcülər, hətta gürcü soyadı daşıyan ermənilər də imkan düşən kimi azərbaycanlılara qarşı hərəkətlənirlər. Yəni bütün bu olanlar təsadüfi deyil.

Mən əminliklə söyləyirəm ki, Dmanisi təxribatının arxasında Gürcüstan hakimiyyəti dayanıb, onların barmağı var. Hökumətin siyasəti azərbaycanlıların Gürcüstandakı dədə-baba torpaqlarını qoyub qaçmalarına hesablanıb, bu çərçivədə təxribatlar törədilir. Eyni zamanda, üçüncü qüvvələr də yaranmış vəziyyətdən öz xeyirləri üçün faydalanmağa çalışırlar.

Dmanisidə svanlar 3-4 dəfə mağazaya gələrək nisyə mal almaq istəyiblər. Rədd cavabı aldıqda isə səs-küy salıblar, hətta mağazadakı qadını vurmaq istəyiblər. Ancaq onların cavabı verilib və oradan qovulublar. Vəziyyət hələ də gərgindir.

Siyasi qüvvələrə gəldikdə, bəzi partiyalar son insidentlə əlaqədar bəyanat verərək, zorakılığı pisləyiblər. Lakin fərqli mövqe tutan partiyalar da var.

Bu gün saat 11-də azərbaycanlıların etiraz aksiyası keçiriləcək və bu neqativ hallara son qoyulması tələb ediləcək. Gürcüstan dövləti bu zorakılıqla bağlı ölçü götürməsə, biz özümüz tədbir görəcəyik”.

Aqil Bəkir

Loading...

www.yenicag.az

445
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100